"Xalq Bank" IV rübün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Xalq Bank" ötən rübü 52 milyon 70 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti illik müqayisə ilə 24 milyon 855 min manat və ya 91,3% artıb. Mənfəət vergisi ödənişi isə 16 milyon 823 min manat təşkil edib.
Bu dövrdə "Xalq Bank"ın faiz gəlirləri 161 milyon 633 min manat, xərcləri 31 milyon 427 min manat, xalis faiz gəlirləri isə 127 milyon 506 min manat oiub.
İllik müqayisədə faiz gəlirləri 46 milyon 271 min manat (40,1%), xərcləri 11 milyon 514 min manat (50,9%), xalis faiz gəlirləri isə 34 milyon 757 min manat (37,5%) artıb.
Qeyri-faiz gəlirləri 30 milyon 258 min manat, xərcləri isə 80 milyon 227 min manat təşkil edib.
Gəlirlər 6 milyon 89 min manat (25,2%), xərclər isə 16 milyon 103 min manat (25,1%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 37 milyon 314 min manat, ümumi və inzibati xərclər 10 milyon 151 min manat, amortizasiya (köhnəlmə) xərcləri 8 milyon 127 min manat, digər xərclər isə 24 milyon 635 min manat təşkil edib.
İllik müqayisədə əmək haqqı xərcləri 8 milyon 235 min manat (28,3%), ümumi və inzibati xərclər 167 min manat (1,7%), köhnəlmə xərcləri 653 min manat (8,7%), digər xərclər isə 7 milyon 48 min manat (40,1%) artıb.
"Xalq Bank" 2023-cü ilin sonunda 3 milyard 82 milyon 548 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 397 milyon 477 min manat (14,8%) artıb.
Kredit portfeli 86 milyon 330 min manat (5%) artaraq 1 milyard 826 milyon 965 min manata yüksəlib.
Bankın öhdəlikləri 368 milyon 415 min manat və ya 16,7% artaraq 2 milyard 578 milyon 273 min manata yüksəlib.
Depozitlərdə isə 365 milyon 713 min manat (19,7%) artım qeydə alınıb və 2 milyard 220 milyon 972 min manat olub.
"Xalq Bank"ın balans kapitalı 504 milyon 274 min manat olub ki, bu da illik müqayisədə 29 milyon 61 min manat və ya 6,1% çoxdur.