"Xalq Bank" I rübün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Xalq Bank" ilk rübü 16 milyon 531 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti illik müqayisə ilə 5 milyon 317 min manat və ya 47% artıb. Mənfəət vergisi ödənişi isə 3 milyon 784 min manat təşkil edib.
Bu dövrdə "Xalq Bank"ın faiz gəlirləri 44 milyon 922 min manat, xərcləri 11 milyon 596 min manat, xalis faiz gəlirləri isə 32 milyon 980 min manat oiub.
İllik müqayisədə faiz gəlirləri 9 milyon 468 min manat (27%), xərcləri 5 milyon 327 min manat (85%), xalis faiz gəlirləri isə 3 milyon 796 min manat (13%) artıb.
Qeyri-faiz gəlirləri 10 milyon 287 min manat, xərcləri isə 21 milyon 350 min manat təşkil edib.
Gəlirlər 3 milyon 239 min manat (46%), xərclər isə 5 milyon 264 min manat (33%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 10 milyon 240 min manat, ümumi və inzibati xərclər 5 milyon 934 min manat, amortizasiya (köhnəlmə) xərcləri 2 milyon 36 min manat, digər xərclər isə 3 milyon 141 min manat təşkil edib.
İllik müqayisədə əmək haqqı xərcləri 2 milyon 628 min manat (35%), ümumi və inzibati xərclər 3 milyon 485 min manat (2 dəfə), köhnəlmə xərcləri 167 min manat (9%) artıb.
"Xalq Bank" 2024-cü ilin ilk rübündə 1 milyard 801 milyon 275 min manat aktivlərə malik olub.
Kredit portfeli isə 1 milyard 826 milyon 965 min manata bərabər olub.
Bankın öhdəlikləri 2 milyard 576 milyon 166 min manat təşkil edib.
Depozitlərdə isə 5 milyon 782 min manat (0,3%) artım qeydə alınıb və 2 milyard 226 milyon 752 min manat olub.
Hesabat dövründə "Xalq Bank"ın balans kapitalı 461 milyon 385 min manat olub.