Xalq Bank
Kredit İdarəsinin Aqro və Fond kreditlərinin təhlili şöbəsi
Son tarix 21 dek 2025 - Müraciət et
Təsvir
- Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına maliyyələşdirilən, zəmanət və faiz subsidiyası ilə kredit sifarişlərinə, eləcə də Bankın daxili məhsulları üzrə (kənd təsərrüfatı yönümlü) kredit müraciətlərinə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilinin tamlığını və tələb olunan sənədlərin mövcudluğunu yoxlamaq;
- Müştərilərə və Bankın əməkdaşlarına Dövlət Fondlarının (SİF, ARİKZF, AKİA) vəsaiti hesabına, eləcə də müvafiq Dövlət Fondlarının zəmanəti və faiz subsidiyası ilə kreditləşməyə aid məsləhətlər vermək, zərurət yarandıqda müştərilərlə və Bankın əməkdaşları ilə görüşlər keçirmək;
- Dövlət Fondları (SİF, ARİKZF, AKİA) tərəfindən Bankın və (və ya) Bankın müştərilərinin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda zərurət olduqda iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar idarə rəisi / müavin(lər)nin verdiyi, həmçinin iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- İstehsal, emal, kənd təsərrüfatı, aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
- Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kredit İdarəsinin Kredit portfelinin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəsssisi
Son tarix 21 dek 2025 - Müraciət et
Təsvir
- Kredit portfelinin vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək;
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsi, vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində Bankın daxili normativ aktlarında müəyyən olunan tədbirlərin filiallar tərəfindən tam və vaxtında görülməsinə, aparılan təqib işinin səmərəliliyinə nəzarət etmək;
- Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə müvafiq Rəy verilməsi
- Problemli Kreditlərlə İş İdarəsinə təhvil verilməsi nəzərdə tutulan Kredit Dosyeləri üzrə nəzarət etmək və müştərilərlə əlaqə saxlamaq
- Rəhbərliyin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi; (Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər)
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İşdə dəqiqlik, analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
- İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
- Komandada işləməyi bacarmalı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Ünsiyyətcil və təşəbbüskar olmalı;
- MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Mərkəzi Bankın Kredit sahəsi üzrə normativ aktları, Bankın Kredit sahəsi üzrə qaydalarını, normativ aktlarını bilməlidir.
- Stressə davamlılıq;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











