Aktivlərinin həcminə görə Azərbaycanın 3-cü böyük özəl bankı olan ASC "Xalq Bank" 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Eləcə də bax: "Xalq Bank" 2021-ci il üzrə uğurlu maliyyə göstəricilərini - AÇIQLADI
FED.az xəbər verir ki, "Xalq Bank" 2021-ci ili 27 milyon 289 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 25 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 5,9% və ya 1 milyon 514 min manat artıb.
"Xalq Bank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 0,6% və ya 13 milyon 699 min manat azalaraq 2 milyard 339 milyon 392 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 2 milyard 353 milyon 91 min manat cəmi aktivlərə malik idi.
"Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 4,6% və ya 68 milyon 143 min manat azalaraq 1 milyard 406 milyon 980 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 1 milyard 475 milyon 123 manata çatmışdı.
"Xalq Bank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 3% və ya 47 milyon 224 min manat azalaraq 1 milyard 543 milyon 268 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 1 milyard 590 milyon 4912 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2021-ci il tarixində "Xalq Bank" 400 milyon 392 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 427 milyon 569 min manat məcmu kapitala malik idi. (Marja)