2023-cü ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.4% artaraq 2 871.3 mln manat, kredit portfelinin həcmi 22.9% artaraq 1 810.7 mln manat təşkil etmişdir.
Xalq Bank və “Bakcell”dən XalqOnline istifadəçiləri üçün - HƏDİYYƏ DANIŞIQ DƏQİQƏLƏRİ!
FED.az xəbər verir ki, qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 054.1 mln manat təşkil etmişdir ki, bu da 2022-ci ilin II rüb göstəriciləri ilə müqayisədə 20.4% çoxdur.
2023-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 37.9 mln manat təşkil etmişdir. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40.9%, faiz gəlirləri isə 43.3% artmışdır. Hesabat dövrünə Bankın cəmi kapitalı 485.7 mln manat təşkil etmişdir.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.