“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartının Azərbaycanda fəaliyyətə başlamasının 9-cu ili münasibəti ilə müştəriləri üçün yeni kampaniyasını təqdim edir.
Bankdan FED.az-a verilən məlumata görə, 1 oktyabrdan 31 dekabra qədər Worldcard sahibi olan müştərilər üçün ölkədaxilində və ya ölkəxaricində olmasından asılı olmayaraq bütün POS terminallar vasitəsilə və onlayn edilən 100 AZN və daha çox məbləğdə alış-verişlər 3 hissəyə bölünəcək. Kampaniya daxilində edilən alış-verişlər hissələrə bölünən zaman heç bir əlavə kommissiya tətbiq olunmayacaq.
Qeyd edək ki, kampaniya bütün digər bankların POS terminallarında və bütün onlayn alış-veriş saytlarında keçərlidir!
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar