VTB (Azərbaycan) müştərilər üçün nağd kredit üzrə maksimal məbləği 35 min manata çatdırıb.
Bankdan FED.az-a bildirilib ki, krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə 15%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin билдириб ки, «VTB (Azərbaycan) üçün maliyyə xidmətlərinin bütün müştərilər üçün mümkün qədər sadə və əlçatan olması strateji əhəmiyyət kəsb edir. Yeni şərtlər, müştərilərə yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə, sənədləri toplamağa (sərf olunan) vaxtlarını əhəmiyyətli dərəcədə qənaət etməyə və bir dəfə ofisə gələrək kredit üçün müraciət etməyə imkan verəcək”.
Bu gün Azərbaycan sakinləri arasında bank məhsullarımıza tələbatın artdığını müşahidə edirik - nağd kredit portfelimiz səkkiz ayda iki dəfə artmaqla 36,3 milyon manata çatıb. Əminik ki, payız və qışda istehlak kreditlərinə tələbatın mövsümi artması fonunda yeni təklif müştərilərimiz üçün xüsusilə aktual olacaqdır”, - deyə
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.