VTB (Azərbaycan) müştərilər üçün nağd kredit üzrə maksimal məbləği 40 min manata çatdırıb. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
Indi VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 40 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Kredit üzrə faiz dərəcələri 15%-dən başlayır. Onu da nəzərə çatdıraq ki, Bank müştəridən kreditin rəsmiləşdirilməsi üzrə komissiya tutmur. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
“VTB (Azərbaycan) üçün müştərilərin müraciətlərinə vaxtında cavab vermək, onları lazımi vəsaitlə təmin etmək strateji əhəmiyyət kəsb edir. Bankın məhsullarına tələbat durmadan artır – 2021-ci ildə nağd pul krediti üzrə portfel 3,1 dəfə artaraq 53,5 milyon manata çatıb. Bank məhsullarına bu qədər artan marağı nəzərə alaraq, inanırıq ki, yeni təklifimiz borcalanlar üçün aktual olacaq və onların maliyyə problemlərini vaxtında həll etməyə imkan verəcək. Qeyd edək ki, istehlak kreditləşməsinin artması ilə biz müştərilərimizin borc yükünü yaxından izləyir, onların borclanmasının qarşısını alırıq. Hazırda bankın vaxtı keçmiş borclar portfeli məqbul dəyərdədir”, - deyə, VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeniy Borodin bildirib.
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.