Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 14-ü "ApplePay"i, 15-i isə "GooglePay"i dəstəkləyir.
Fərid Osmanov: "Hər 4 əməliyyatdan biri "ApplePay" və "GooglePay"lə həyata keçirilir"
FED.az xəbər verir ki, bunu "Visa" şirkətinin Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbirində bildirib.
"Təmassız ödəniş həlli "Apple Pay" Azərbaycanda 2021-ci ilin noyabrında, "Google Pay" isə 2022-ci ilin avqustunda istifadəyə verilib, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, yaşayış tərzimizə əhəmiyyətli dəyişikliklər gətirib, insanların rahatlığını təmin edib, milyonlarla istifadəçini əhatə edib", - deyə o qeyd edib. (Report)