Oktyabrın 3-də, saat 15:00-da "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağa Unibank” Kommersiya Bankı” ASC-nin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxildir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.