Unibank “Milli KSM mükafatı - 2020” müsabiqəsinin qalibi seçilib. Ölkəmizdə artıq üçüncü dəfədir təşkil edilən müsabiqədə Unibank hər zaman qaliblər sırasında olub.
Bankdan FED.az-a verilən məlumaat görə, budəfəki Milli KSM mükafatı Zəfər ili kimi tariximizə yazılan 2020-ci ildə Bank tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən müxtəlif layihələrə görə verilib. “Unibank”ın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihə müsabiqə komissiyasının qərarı ilə 2020-ci ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
Müsabiqə komissiyasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyi daxildir.
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.
Unibank-Sənin Bankın!