Ötən ilin son rübündə "Unibank"1 milyard 47 milyon 741 min manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
"Unibank"ın kredit portfelinin həcmi son bir ildə 158 milyon 148 min manat (17,8%) böyüyüb.
Onun da 627 milyon 606 min manatını istehlak, 329 milyon 397 min manatını biznes kreditləri, 90 milyon 738 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2022-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 80 milyon 400 min manat (14,7%), biznes kreditləri 55 milyon 72 min manat (20,1%), ipoetka kreditləri 22 milyon 676 min manat (33,3%) böyüyüb.
Ümumi kredit portfelinin 69 milyon 217min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 978 milyon 524 min manat olub ki, bu da son bir ildə 143 milyon 447 min manat, başqa sözlə 17,2% artım deməkdir.