“Unibank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 183,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 milyon manat (6,7%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 174,6 milyon manata bərarbər olub ki, bu da illik 11,6 milyon manat (7,1%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 423 min manat olub. Bu da illik 323 min manat (4,2 dəfə) çoxdur.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 2,7 milyon manat təşkil edərək il ərzində 675 min manat (33,3%) artıb.
Ticarət və investisiya qiəmtli kağızları üzrə faiz gəlirləri 2,5 milyon manat, digər faiz gəlirləri isə 3,3 milyon manat olub.
Hesabat dövründə faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar isə ötən ilki 5 milyon manatla müqayisədə cüzi artımla 5,1 milyon manat təşkil edib.
Hesabat dövründə faiz xərcləri 73,6 milyon manat təşkil edib. Bu da illik müqayisədə 17,1 milyon manat (30,2%) çoxdur.
Depozitlər üzrə faizlər 8,3 milyon manat (17,7%) artaraq 55,3 milyon manata yüksəlib.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 14,3 milyon manat olub. Bu da illik 8,3 milyon manat (2,4 dəfə) artım deməkdir.
Subordinasiya borc öhdəlikləri üzrə faizlər isə 4 milyon manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 426 min manat (11,9%) çoxdur.
Nəticədə, "Unibank"ın xalis faiz gəlirləri 104,8 milyon manata bərabər olub.
Bankın qeyri-faiz gəlirləri isə 8,7 milyon manat və ya 10,2% artaraq 93,7 milyon manata yüksəlib
Bu artımın əsas səbəbi, alınan haqq və komissiya gəlirinin 80,6 milyon manata bərabər olmasıdır. Bu gəlirlər il ərzində 7,8 milyon manat, başqa sözlə 10,7% artıb.
Digər gəlirlər 2,5 milyon manat təşkil edərək illik 770 min manat (45,6%) artıb.
Xarici valyutadan gəlir isə 10,6 milyon manata bərabər olub.
Bankın qeyri-faiz xərcləri 156,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 milyon manat (7,6%) artımdır.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 2,5 milyon manat (4,8%) artaraq 54,8 milyon manata çatıb.
Ümumi və inzibati xərclər 31,5 milyon manata bərabər olub.
Amortizasiya xərcləri 9,2 milyon manat olub. Bu da illik 1,7 milyon manat (22,5%) artım deməkdir.
Digər xərclər isə 61,2 milyon manata bərabər olub. Ötən ilin eyni dövrünə nəzərən 9,8 milyon manat və ya 19,0%) artım baş verib.
Bu amillərin birgə təsiri ilə "Unibank"ın əməliyyat mənfəəti 41,8 milyon manat təşkil edib.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 19,3 milyon manat olub.
Hesabat dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar isə 22,5 milyon manata təşkil edib.
Hesabat dövründə bank 3,8 milyon manat mənfəət vergisi ödəyib. Bu da ötənilki ödənişdən 1 milyon manat, başqa sözlə 36,8% artıqdır.
Bütün bunların yekununda, Unibank 2025-ci ilin 9 ayını 15,4 milyon manat xalis mənfəətlə başa vurub.
III rübün sonuna "Unibank"ın cəmi aktivləri 1 milyard 908 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 148,5 milyon manat (8,4%) çoxdur.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş xalis kreditlərin 1 milyard 223 milyon manata təşkil etməsidir. Xalis kredit portfeli 110 milyon manata yaxın (9,8%) artmasıdır.
İstehlak kreditləri 644 milyon manata bərabər olub ki, nəticədə 25,5 milyon manatlıq və ya 4,1% artım qeydə alınıb..
Biznes kreditləri 509,5 milyon manat olub ki, bu da 72,6 milyon manat (16,6%) böyümə deməkdir.
Daşınmaz əmlak kreditləri isə 101,3 milyon manat təşkil edərək 2,2 milyon manat, başqa sözlə 2,3% artıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 71 milyon manata bərabər olub. Bu da ötən ilin sonuna nəzərən 41,5 milyon manat (2,4 dəfə) çoxdur.
Nağd pul vəsaitləri 310,7 milyon manat olub. İlin əvvəli ilə müqayisədə nağd pul vəsaitlərinin həcmində 74,8 milyon manat (31,7%) artım baş verib.
Bankın ticarət və investisiya qiymətli kağızları 42,1 milyon manat təşkil edib
Əmlak və avadanlıqlar 105,5 milyon manat, qeyri-maddi aktivlər isə 21,5 milyon manat olub.
Bankın cəmi öhdəlikləri 1 milyard 726 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 133,6 milyon manat (8,4%) artımdır.
Bundan kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 101,9 milyon manat (48,7%) artaraq 310,9 milyon manata yüksəlib.
Subordinasiya borc öhdəlikləri 81,6 milyon manata bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə 33,8 milyon manat (70,8%) artımın baş verməsi deməkdir.
Depozitlər 1 milyard 232 milyon manat təşkil edərək 27,4 milyon manat (2,3%) artıb.
Fiziki şəxslərin depozitləri 1 milyard 5 milyon manata bərabər olub, 9 ay ərzində 49 milyon manat (5,1%) artım qeydə alınıb.
Hüquqi şəxslərin depozitləri isə 226,7 milyon manata bərabər olub.
Borc qiymətli kağızları 18,3 milyon manat, digər öhdəliklər isə 79,6 milyon manat təşkil edib.
Bankın cəmi kapitalı 181,9 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 14,9 milyon manat (8,9%) artım deməkdir.
Bundan bölüşdürülmüş mənfəət 13,3 milyon manat (95,1%) artaraq 27,3 milyon manata yüksəlib.
Ümumi ehtiyatlar 15,9 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 1,6 milyon manat (11,1%) artım deməkdir.
Səhmdar kapitalı isə 138,2 milyon manat səviyyəsində dəyişməz qalıb.