Cari ilin ilk rübündə "Unibank"ın əmək haqqı xərcləri 17 milyon 701 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Hesabata əsasən bankın əmək haqqı xərclərində 1 milyon 381 min manat (8%) artım qeydə alınıb.
2023-ci ilin ilk rübündə bu göstərici 16 milyon 320 min manat təşkil edib.