2018-ci ildən “Unibank Kommersiya Bankı” ASC-də Marketinq Departamentinin direktoru vəzifəsində çalışan Rasim Babayevə Bankda yeni vəzifə həvalə olunub.
“Unibank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
FED.az xəbər verir ki, Rasim Babayev Unibank-da Fərdi Bankçılıq Departamentinin Direktoru vəzifəsinə təyin olunub. Bu bu barədə Rasim Babayev özünün Linkedin profilində də məlumat verib.
Məlumatı "7 inanılmaz ildən sonra marketinq sahəsindəki yolum sona çatdı" başlığı ilə paylaşmış Rasim Babayev qeyd edib ki, bu yol çətinliklərlə, zəhmətlə, inkişafla və saysız-hesabsız dərslərlə dolu idi. Həm peşəkar, həm də şəxsi olaraq məni formalaşdıran, qürur duyduğum anlarla zəngin bir dövr olub.
"Bütün bunlar yanımda olan möhtəşəm Marketinq komandası olmadan mümkün olmazdı. Məni dəstəkləyən hər bir həmkarıma dərin minnətdarlığımı bildirirəm. Uğur heç vaxt tək bir insanın nailiyyəti deyil. Bu gün bu mərhələni minnətdarlıq və inam hissi ilə bağlayır və Unibank-da Fərdi Bankçılıq Departamentinin rəhbəri kimi yeni bir mərhələyə başlayıram. Ümid edirəm ki, bu yeni yol da Marketinqdə keçirdiyim dövr qədər mənalı və uğurlu olacaq".
Xatırladaq ki, Rasim Babayev 2018-ci ilin iyun ayında “Unibank Kommersiya Bankı” ASC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdi. Rasim Babayev bu təyinatadək bankın Pərakəndə Biznesin inkişafı departamentində diektor müavini vəzifəsində çalışırdı. (Marja)












