Unibank KB rəhbərliyinin qərarı ilə Emin Rəsulzadə Müşahidə Şurası sədrinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.
Bankdan FED.az-a verilən məlumata görə, O, əvvəllər uzun müddət Unibank komandasının üzvü olub. Sonuncu təyinatadək Emin Rəsulzadə “ABB –Moskva” Bankında İdarə heyəti sədrinin müavini, İdarə heyətinin üzvü vəzifəsində çalışıb.