Unibank kart sahibləri ilsonunun ən sərfəli alış-verişini edə biləcəklər.
FED.az xəbər verir ki, bunun üçün Bank öz müştərilərinə xüsusi imkan yaradıb. Unibankın keçirdiyi “Narıncı cümə” kampaniyası çərçivəsində 25-28 noyabr tarixində Trendyol.com saytında alış-veriş zamanı istənilən Unibank kartı ilə edilən ödənişlər müştərilərə 5% keşbek qazandıracaq. Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay faizsiz taksit imkanı təqdim olunacaq.
Kampaniyanın şərtləri ilə daha ətraflı bu linkdən (https://unibank.az/az/news/retail/726/unibankda_narinci_cume_kampaniyasi_kechirilir) tanış ola bilərsiniz.
Əgər hələ də Unibank kartınız yoxdursa, bankın istənilən filialından pulsuz və elə yerindəcə kart əldə edə bilərsiniz. Unibank kartı ilə dünyanın istənilən kafe-restoranlarında və yanacaqdoldurma məntəqələrində ödəniş edərkən, 5% keşbek qazandırır. Pulunuzu xərcləməyib kartda saxlamaq istəsəniz, yenə 5% gəlir qazanacaqsınız.
Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank-Sənin Bankın!