Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları yüksək keşbek qazandıran kart məhsulları sırasındadır.
"Unibank" Türkiyəyə 100 000 manat - İANƏ ETDİ
Təkcə ötən il ərzində bankın müştəriləri Unibank kartları ilə etdikləri alış-veriş zamanı ümumilikdə 4,5 milyon manat keşbek qazanıblar. 2022-ci il ərzində keşbek qazanan müştəri sayı 66% artıb.
Nəticələrin təhlili göstərir ki, Unibank müştərilərinin 80%-ə yaxını marketlərdə ödəniş edir. Unibank kartları marketlərdə Apple Pay və Google Pay ödənişlərində 5% keşbek qazandırır. 30 yaşadək gənc müştərilərin Unibank kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. Unibank kartı kafe-restoranlarda da 5% keşbek qazandırır. Unibank müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki Unibank kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində ödəniş zamanı kart sahibi yüksək keşbek qazanmaq imkanı əldə edir.
Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.
UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:
-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;
-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;
-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%
Keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.
Unibank- Sənin Bankın!