Bu ilin birinci yarısında “Unibank”ın dövlət vəsaitli ipoteka krediti portfeli 65,7 milyon manat təşkil edib.
"Unibank"ın biznes kredit portfeli birinci yarımildə - XEYLİ ARTIB
FED.az xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 5,8 milyon manat artım deməkdir. Ümumilikdə isə indiyədək 2000-dən çox müştəriyə dövlət vəsaiti hesabına 106,3 milyon manat məbləğində ipoteka krediti verilib. Bu ilin ilk yarısında rəsmiləşdirilən ipoteka kreditlərinin sayı 100-ü keçib. Dövlət vəsaiti xətti ilə bir nəfərə verilən ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edib. Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır.
Hazırda “Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası davam edir. Bankın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti kampaniyası aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər üçündür.
İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Unibank- Sənin Bankın!