"Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti 2 Hər birinin nominal dəyəri 100 (bir yüz) manat olan 200 000 (iki yüz min) ədəd, faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların buraxılışını elan edib.
FED.az xəbər veir ki, istiqrazların ümumi dəyəri 20 milyon manat təşkil edir.
Təklifin məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə “Unibank KB” ASC-nin fəaliyyətinin genişləndirilməsi, kredit portfelinin artırılması yolu ilə mənfəətin əldə edilməsidir.
“Unibank Kommersiya Bankı” ASC-nin yeni buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən həyata keçiriləcəkdir və bu xidmətin göstərilməsinə görə “Unibank Kommersiya Bankı” ASC-dən xidmət haqqı tutacaqdır
İstiqrazların illik faiz dərəcəsi 11,5% təşkil edir. İstiqrazlar üzrə faiz ödənişi dövrünün müddəti: 90 gün