Xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank yeni Göyçay filialını müştərilərin istifadəsinə verdi.
FED.az xəbər verir ki, baş tutan rəsmi açılış mərasimində rayon rəhbərliyi və TuranBank ASC-nin rəsmi şəxsləri iştirak edib.
Göyçay şəhəri, R.Rza 83D ünvanında yerləşən yeni filial daha geniş və müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir.
Ölkənin siyasi və mədəni həyatında fəal iştirak edən, regionlarda sosial-iqtisadi tərəqqiyə dəstək olmaqda davam edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir. Bütün zəruri imkanlara malik olan Göyçay filialı da müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaq. Belə ki, filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank növbəti ildə də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...