"TuranBank" ASC-də Korporativ Bankçılıq üzrə Baş Direktor təyin edilib.
FED.az xəbər verir ki, Korporativ Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Eldar Fərəcov təyin olunub.
Məlumat üçün bildirək ki, Eldar Fərəcov ümumilikdə bank sektorunda 16 illik təcrübəyə malikdir. 2017-ci ildən "TuranBank" ASC-də İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinin rəhbəri, 2018-ci ildən sözügedən təyinata qədər Müştəri Xidmətləri Departamentinin direktoru vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. (Marja)