Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq vəsaitlər, avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bankdan FED.az-a verilən məlumata görə, Tərtər rayonundan Heyran Atayeva, Rizvan Məmmədov, Sənubər Hüseynova, Səyavuş Allahverdiyev Şahnaz Əliyeva, Xavər Ələkbərova və İltifat Qaraşova heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara və yemlə təmin edilmişlər.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə və ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
TuranBank
Bizimlə etibarlıdır...