Seaport Catering
Baş aşpaz
Son tarix 14 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq..
- Müvafiq ərzaq sifariş etmək
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
Namizəddən tələblər:
- Kişi namizəd ;
- Yaş : 30-55;
- Catering sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə təhsili;
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
- Milli mətbəx və Türk mətbəxi peşəkar səviyyədə bilməli;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Həftəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
İş şəraiti:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı : 800-1200 AZN
Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş aşbaz” yazıb CV göndərməsi xahiş olunur.