"Raiffeisen Bank International" (Avstriya) Azərbaycana iqtisadiyyatının modernizasiyasında yardım göstərməyə hazırdır.
Avropa Bankı yaxın üç ildə Azərbaycana ayrılacaq kreditlərin - HƏCMİNİ AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə bankdan bildiriblər.
RBI-dan bildiriblər ki, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir, həmçinin pul axınlarının və ticarətin aktivləşməsi müşahidə olunur.
"Bu səbəbdən biz ticari maliyyələşdirmə vasitələrindən istifadə etməklə müasir texnologiyalar əldə etmək yolu ilə Azərbaycana iqtisadiyyatının modernizasiyasında yardım göstərməkdə maraqlıyıq", - bankdan deyiblər.
Qeyd edək ki, "Raiffeisen Bank International" artıq uzun illərdir ki, Avropada Azərbaycanın maliyyə bazarı üçün müxbir bank qismində çıxış edir.
RBI Avstriyanın aparıcı korporativ və investisiya bankı olmaqla yanaşı, özünün daxili bazarı hesab etdiyi Mərkəzi və Şərqi Avropa regionunda aktiv fəaliyyət göstərir. Regionda otuz ölkənin bazarına "Raiffeisen Bank"ın törəmə şirkətləri tərəfindən xidmət göstərilir. Bundan başqa, bu qrupa bir çox digər maliyyə xidməti təminatçıları, məsələn lizinq, aktivlərin idarə olunması, həmçinin birləşmə və satınalma sahəsində xidmət göstərən təminatçılar da daxildir. RBI fəaliyyətini dəstəkləmək məqsədilə bir sıra Asiya və Qərbi Avropa ölkələrində nümayəndəliklərə və xidmət şöbələrinə malikdir. (Trend)