Ötən ilin sonu ilə müqayisədə "Rabitəbank"ın məcmu kapitalı 4 milyon 901 min manat və ya 4% artaraq 127 milyon 856 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bölüşdürülməmiş mənfəətinin həcmi 4 milyon 657 min manat və ya 51% artaraq 13 milyon 728 min manat təşkil edib.
Bundan başqa "Rabitəbank"ın ümumi ehtiyatları 12 milyon 838 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 244 min manat (2%) artıqdır.
Qeyd edək ki, ümumi kapitalın 101 milyon 300 min manatının səhmdar kapitalı təşkil edib.