“Rabitəbank” ASC, hüquqi şəxslər və fərdi sahibkar üçün yeni, təkmilləşdirilmiş “Rabita Business” mobil tətbiqini istifadəyə verdi.
Eləcə də bax: Rabitəbank-la DİA arasında əməkdaşlıq memorandumu - İMZALANDI!
Tətbiq, biznes müştəriləri üçün bank xidmətlərindən gecə-gündüz və operativ şəkildə istifadə etməyə, əsas maliyyə əməliyyatlarını dünyanın istənilən nöqtəsindən banka gəlmədən həyata keçirməyə imkan verəcək.
Belə ki, banka getməyə ehtiyac qalmadı, müştəri smartfonu vasitəsilə saniyələr içində bank əməliyyatlarının həllini tapacaq.
“Rabita Business” tətbiqi özündə bir çox funksionallıqları birləşdirir:
- Bankdaxili, ölkədaxili və ölkəxarici köçürmə əməliyyatlarınızı saniyələr ərzində təsdiqləyə bilərsiniz;
- Hesab, kredit, kart, depozit hesablarınızı görə və yaratdığınız əməliyyatları təsdiqləyə bilərsiniz;
- Sərəncam ödənişlərinizi təsdiqləyə bilərsiniz;
- Maliyyə arayışlarınızı təsdiqləyə və əldə edə biləcəksiniz;
- Hesabfaktura əməliyyatlarınızı təsdiqləyə və göndərə biləcəksiniz;
- Qarantiya müraciətlərinizi təsdiqləyə bilərsiniz;
- Əməkhaqqı layihəsinə qoşulma ərizənizi təsdiqləyə və müqavilələrinizi imzalaya biləcəksiniz;
- Səlahiyyətli personalınızın toplu ödəniş, maaş və əməliyyat fayllarını istənilən vaxt mobil telefonunuzdan təsdiq edə bilərsiniz.
- Dövlət və vergilərinizi ödənişlərinizi imzalaya biləcəksiniz;
- Konvertasiya əməliyyatlarınızda xüsusi məzənnə sifarişlərinizi imzalayaraq məsafədən əməliyyatlarınızı xüsusi məzənnə ilə həyata keçirə biləcəksiniz;
- Hesab, kredit, kartların tarixçəsini izləyə biləcəksiniz;
- İmzalanmış sənədlərini xüsusi interval verərək baxa və ödəniş tapşırıqlarınızı əldə edə biləcəksiniz.
“Rabita Business” tətbiqindən istifadənin üstünlüyü ondadır ki, müştərilər tətbiqin əsas səhifəsində hesablarını, kartlarını, kreditlərini və depozitlərini öz istədiyini sıralama ardıcıllığı ilə özələşdirə biləcəklər. Əlavə olaraq bank əməliyyatlarına keçid etmək üçün istənilən 3 əsas əməliyyat tipini şəxsi seçim edərək əsas səhifəyə daşıya biləcəklər.
Müasir dizayn və müştərinin rahatlığı ən önəmli nüanslardan olduğu üçün mobil tətbiqin proses və menyu ardıcılığı vasitəsilə əməliyyatları yaratmaq və təsdiqləmək üçün səhifələr arasında keçid sayı minimuma endirilmişdir. Müştəri cəmi 2-3 klik ilə istənilən əməliyyat tipini yaratmağa başlaya biləcək.
“Rabita Business” tətbiqetməsini App Store və Play Store-lardan endirə, ətraflı suallarınız üçün 133 çağrı mərkəzinə müraciət edə bilərsiniz.