“Rabitəbank” ASC cari ilin II rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, bank nəticələrə əsasən maliyyə göstəriciləri üzrə dinamik inkşafını davam etdirib.
Belə ki, aprel-iyun ayları 10 milyon 596 min manat xalis mənfəətlə başa vurulub. "Rabitəbank" aktivlərini 2023-cü ilin II rübü ilə müqayisədə 10,9 faiz artıraraq 1 milyard 137 milyon 727 min manata çatdırıb.
Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 12,3 faiz artaraq 765 milyon 441 min manat təşkil edib.
II rüb üzrə istehlak kreditləri 13,7 faiz artaraq 261 milyon 445 min manat, biznes kreditləri portfeli 7,5 faiz artaraq 358 milyon 639 min manat, ipoteka kreditləri portfeli isə 23,1 faiz artaraq 145 milyon 357 min manat olub.
2024-cü ilin II rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə "Rabitəbank"ın faiz gəlirləri 28,6 faiz artaraq 54 milyon 127 min manat, qeyri-faiz gəlirləri isə 18,3 faiz artaraq 26 milyon 254 min manat təşkil edib. Həmçinin depozit portfeli də 14 faiz artaraq 697 milyon 66 min manata çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə "Rabitəbank"ın məcmu kapitalı 9 faiz artaraq 119 milyon 419 min manat təşkil edib.
Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi sərfəli nağd pul kreditini bankın istənilən filialından, "Rabita Mobile" tətbiqindən və bankın saytından əldə etmək mümkündür. Onlayn kredit sifarişi üçün: https://rbt.az/KREDIT-AL
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.