Rabitəbank yeni biznes təyinatlı “EXIM kart”larını təqdim edir. Bankın istifadəyə buraxdığı Exim kartları, ölkəyə məhsul idxalı və ölkədən ixracı zamanı gömrük, vergi və logistika ödənişlərinin həyata keçirilməsində istifadə olunan kart növüdür.
Eləcə də bax: Rabitəbank yeni “Miles” keşbekini - TƏQDİM EDİR!
Biznesini axarında inkişaf etdirmək istəyən müştəri, kartı əldə edərkən bank tərəfindən balansında 100 000 AZN-dək məbləğ götürə, 24 ayadək ödəyə, 60 günədək güzəşt müddətindən faydalana bilər.
Qeyd edək ki, EXIM kartı yalnız nağdsız əməliyyatlar üçün istifadə edilə bilər və “card to card” funksiyasına malik deyil.
EXIM kartla bağlı ətraflı məlumat və təlimat videosunu saytdan əldə edə https://rbt.az/exim-karti, 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və yaxud Rabitəbankın sosial şəbəkə profilləri üzərindən müraciətinizi bildirə bilərsiniz.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.