"Rabitəbank" ASC 2024-cü ilin 1-ci rübünü 4 milyon 313 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Hesabat dövründə mənfəət vergisi ödənişi olmayıb.
Hesabat dövründə bankın faiz gəlirləri 26 milyon 680 min manat təşkil edib ki, bunun da 22 milyon 773 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 6 milyon 314 min manat və ya 31%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 4 milyon 841 min manat (27%) artıb.
Bundan başqa 10 milyon 701 min manat faiz xərcinin 7 milyon 827 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 4 milyon 412 min manat (2,3 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 2 milyon 2 min manat (14%) artaraq 15 milyon 979 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 13 milyon 667 min manat, xərcləri isə 21 milyon 261 min manat təşkil edib. 2023-ci ilin sonu ilə müqayisədə gəlirlər 3 milyon 66 manat (29%), xərclər 1 milyon 651 min manat (8%) artıb.
Əmək haqqı xərcləri isə 6 milyon 290 min manata çatıb.
Bundan başqa ümumi və inzibati xərclər 10 milyon 624 min manata, amortizasiya xərcləri isə 1 milyon 927 min manata, digər xərclər isə 2 milyon 420 min manata bərabər olub.
Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 491 min manat (8%), ümumi və inzibati xərclər 962 min manata (10%), amortizasiya xərcləri 205 min manat (12%) artıb.
Bank aktivləri 1 milyard 80 milyon manata bərabər olub.
Hesabata əsasən bankın kredit portfeli 717 milyon 380 min manat təşkil edib.
Bundan da , istehlak kreditləri 245 milyon 847 min manat, biznes kreditləri portfeli 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 141 milyon 773 min manat olub.
Bununla yanaşı bankın öhdəlikləri 959 milyon 453 min manat təşkil edib.
2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 679 milyon 434 min manat olub.
Belə ki, fiziki şəxslərin depozitləri 5 milyon 307 min manat (1%) artaraq 450 milyon 693 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 228 milyon 741 min manat olub.
Ötən ilin sonu ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 4 milyon 521 min manat və ya 4% artaraq 115 milyon 796 min manat təşkil edib.