"Premium Bank"ın bankomatlarının sayı azalıb.
FED.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin sonuna "Premium Baank" bankomatlarının sayı 45 ədəd olub. 2022-ci ildə isə bu göstərici 54 ədəd idi.
Beləliklə, banka məxsus bankomatların 9-u ləğv olunub.