Bu ilin 3-cü rübündə "Premium Bank"ın faiz gəlirləri 24 milyon 222 min manat bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrünə nisbətən 224 min manat və ya 0,9% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini - 21 milyon 333 min manatı kreditlərdən əldə olunmuş gəlirlər təşkil edib ki, bu da illik 1 milyon 61 min manat (5%) çoxdur.
Banklar və digər maliyyə insitutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 691 min manata bərabər olub.
Daha 220 min manatı isə «Premium bank» qiyməitli kağızlardan qazanıb, bu, bankın gəlir siyahısında yeni maddədir – ötən il «Premium Bank» fond bazarından gəlir əldə etməmişdi.
Bankın digər faiz gəlirləri 211 min manat və ya 27,5% artaraq 977 min manata çatıb.