Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» 2022-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
FED.az Bankın hesabatına istinadən xəbər verir ki, bu müddətdə bankın mənfəəti 100 dəfədən çox azalıb, aktivləri isə kəskin aşağı düşüb.
Eləcə də bax: «Premium Bank»ın kredit portfeli - 24 MİLYON MANAT AZALIB
FED.az Bankın hesabatına istinadən xəbər verir ki, bu müddətdə bankın mənfəəti 100 dəfədən çox azalıb, aktivləri isə kəskin aşağı düşüb.
Faiz gəlirlərində azalma
Hesabata əsasən 2022-ci ilin yanvar-iyun aylarında «Premium Bank»ın faiz gəlirləri 1 milyon manat və ya 6,5% azalaraq 15,3 milyon manata enib.
Depozitlər üzrə ödənilən faizlər 2 dəfə aşağı düşüb
Bankın faiz xərcləri isə 1,75 dəfə və ya 43% azalaraq 8,66 milyon manatdan 4,9 milyon manata enib.
Faiz xəriclərinin azalması bankın depozitlər üzrə ödədiyi faizlərin aşağı düşməsi ilə bağlıdır – bu məbləğ 8 milyon manatdan 4,3 milyon manata enib.
Qeyri-faiz xərclərində 9% geriləmə
Hesabat dövründə «Premium Bank»ın qeyri-faiz gəlirləri 7,5 milyon manat təşkil edib. Bunun 5,4 milyon manatı haqqı və kommiya gəlirləri, 2,1 milyon manat isə xarici valyuta əməliyyatlarından gələn gəlirlər olub.
Bankın qeyri-faiz xərclərində isə 1,3 milyon manat və ya 9,1% azalma var. Bank buna digər xərclər bölməsinə 2 milyon manat qənaət etməklə nail olub.
Xalis mənfəət 105 dəfə azalıb
Nəticədə ilk yarım ilin sonunda «Premium Bank»ın əməliyyat mənfəəti 5,4 milyon manat olub. Amma bu vəsait demək olar ki, bütünlüklə mümkün zərərlərdən ehtiyat kimi ayrılıb.
Nəticədə Bank ilk yarım ildə cəmi 78 min manat xalis mənfəət əldə edib. Halbuki, Bank ötən ilin eyni dövrünü 8 milyon 225 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2021-ci ilibn birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 105 dəfədən çox azalıb.
Bank 10% kiçilib
2022-ci ilin ilk yarısında «Premium Bank»ın aktivləri 78 milyon manat və ya 10,2% azalaraq 760 milyondan 682 milyon manata enib.
Bu dövrdə bankın nağd vəsaitləri 62 milyon manat və ya 25% azalaraq 182 milyon manata enib.
Kredit portfelində azalma
Bankın kredit portfeli isə 20 milyon manat aşağı düşüb – 508 milyon manatdan 488 milyon manata. Kredit portfelində kiçilmənin səbəbi biznes kreditləridir – 24 milyon manat azalaraq 477 milyondan 453 milyon manata enib.
Əvəzində «Premium bank» istehlak kreditlərinə güc verib – bankda istehlak kreditləri 2 dəfədən çox artaraq 1,7 milyon manatdan 3,7 milyon manata yüksəlib.
Şirkətlər bankdan 63 milyon manat geri çəkiblər
İlk yarım ilin nəticəsində «Premium Bank»ın öhdəlikləri və kapitalı da aşağı düşüb.
Öhdəlikləri 70 milyon manat azalaraq 574 milyon manatdan 503 milyon manata enib. Hesabat dövründə şirkətlər «Premium Bank»dan 63 milyon manatdan çox vəsaiti geri çəkiblər. Nəticədə bu maddə 191 milyon manatdan 127 milyon manata enib. Fiziki şəxslərin əmanətlərində cüzi artım olub – 327,2 milyon manatdan 328,9 manata enib.
«Premium Bank»ın kapitalı 7 milyon manat azalaraq 185 milyon manatdan 178 milyon manata enib.