Azərbaycanın iri korporativ bankı "PAŞA Bank" ASC 2022-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqalayıb.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, Bank 2022-ci ilin yanvar-mart dövrünü 38 milyon 326 min manat xalis mənfəət ilə başa vurub. "PAŞA Bank" 2021-ci ilin eyni dövrünü 18 milyon 786 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2 dəfədən çox artıb. (Marja)