15 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələ “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlərin müzakirəsidir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.












