"PAŞA Bank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 30 aprel 2026-cı il tarixində saat 17:00-da telekommunikasiya vasitələri ilə məsafədən təşkil olunacaq.
İclasın gündəliyinə 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiqi, illik idarəetmə hesabatlarının təsdiqlənməsi, həmçinin mükafatın ödənilməsi və digər məsələlər daxil edilib.
Səhmdarlar gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən baş ofisində, eləcə də elektron qaydada müraciət etməklə tanış ola bilərlər.












