"PAŞA Bank" ASC-nin fəaliyyətində bank kartlarında və digər əməliyyatlarda fasilələr yarana bilər.
FED.az xəbər verir ki, bankın rəsmi yaydığı məlumatda bildirilir ki, xidmət səviyyəsinin artırılması məqsədilə 11 mart 2021-ci il tarixində saat 01:00-dan 04:00-dək bank sistemlərinin təkmilləşdirilməsi üzrə texniki işlərin aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq bütün növ bank kartları, ATM və POS terminallar ilə əməliyyatlar, internet və mobil bankçılıq da daxil olmaqla onlayn bank xidmətlərinin istifadəsində yuxarıda qeyd olunmuş müddət ərzində fasilələr yarana bilər.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya (994 12) 496 50 00 / *9123 Əlaqə Mərkəzinə müraciət edə və ya [email protected] ünvanına elektron məktub yaza bilərsiniz.