"PAŞA Bank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, "PAŞA Bank" 2021-ci ili 90 milyon 180 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 7 % və ya 5 milyon 928 min manat artıb.
AKTİVLƏRİ 900 MİLYON MANATA YAXIN ARTIB
31 dekabr 2021-ci il tarixində "PAŞA Bank" 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 545 milyon 578 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 31 Dekabr 2020-ci il tarixində PAŞA Bank 5 milyon 895 milyon 360 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 95 milyon 34 min manat kredit portfelinə malik idi. Beləliklə, ötən il PAŞA Bankın cəmi aktivləri 555 milyon 21 min manat, o cümlədən kredit portfeli 450 milyon 544 min manat artıb. (Marja)