Bu ilin I rübünün nəticələrinə əsasən "Paşa Bank"da vaxtı keçmiş kreditlərin həcmi 101 milyon 892 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu da 2024-cü ilin sonuna nisbətən 26 milyon 762 min manat (35,6%) çoxdur.
Bu kreditlərin ümumi kredit portfelindəki çəkisi 3,1% olub. 2024-cü ilin IV rübünün nəticələrində isə bu rəqəm 2,3% idi.
Bildirək ki, ötən ilin sonunda bankın vaxtı keçmiş kreditlərin həcmi 75 milyon 130 min manat idi.