2023-cü ilin III rübündə "Paşa Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyard 720 milyon 769 min manat olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 7 milyon 295 min manat (0,3%) azalıb.
Bunun da 86 milyon 297 min manatı istehlak kreditlərinin payına 2 milyard 500 milyon 237 min manatı biznes kreditlərinin payına 134 milyon 235 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 184 milyon 252 min manat (3,1 dəfə) azalıb, biznes kreditləri 154 milyon 3 min manat (6,6%), daşınmaz əmlak kreditləri 22 milyon 594 min manat (20,6%) artıb.
Müştərilərə ümumilikdə 2 milyard 642 milyon 283 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 28 milyon 683 min manat (1,1%) azalma deməkdir.