Azərbaycanın ən iri banklarından olan Paşa Bank 5-9 yanvar 2023-cü il tarixlərində rubl üzrə əməliyyatları dayandıracaq.
FED.az xəbər verir ki, bank bununla bağlı müştərilərə SMS bildiriş göndərib.
Məlumatda bildirilir ki, Yeni il bayramı ilə əlaqədar olaraq 5-9 yanvar 2023-cü il ölkəmizdə iş günü olsa da, Rusiyada həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bu səbəblə, RUBL valyutası üzrə mübadilə əməliyyatları həmin tarixlərdə mümkün olmayacaq.