Azərbaycanın "Paşa Bank" ASC bayram günlərində müştərilərə xidmətin göstərilməməsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
Hörmətli Müştəri,
Nəzərinizə çatdırırıq ki, bayramlar ilə əlaqədar 2-3 may 2022-ci il tarixləri qeyri-iş günləri hesab olunur və həmin tarixlərdə Bankın Biznes Mərkəzləri xidmət göstərməyəcək. “PAŞA Bank” Əlaqə Mərkəzi hər zaman olduğu kimi 7 gün 24 saat ərzində müştərilər üçün fəaliyyət göstərəcək və bu qayda bayram günlərinə də şamil ediləcək.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün), *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
“PAŞA Bank” müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir.
Müştəri məmnunluğunun artırılması məqsədi ilə bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.