"PAŞA Bank" ASC müştərilərinə təklif etdiyi biznes (onlayn müraciət edənlər üçün) kreditlərinin faiz dərəcəsini azaldıb.
FED.az xəbər verir ki, bank biznes kreditləri üzrə fazilərin endirilməsi ilə bağlı müştərilərə müvafiq məlumatlandırıcı mesaj da göndərib.
Mesajda bildirilir ki, müştərilər 28.12.2021-ci il tarixinədək onlayn biznes kreditlərini illik faiz dərəcəsinə 2,5%-dək endirimlə əldə edə bilərlər.