PAŞA Bank Gürcüstan"ın işçilərinin sayı azalıb. Törəmə bank profilini dəyişib.
FED.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
O qeyd edib ki, işçi sayında son bir ildə 44 faiz azalma olub ki, bu da biznes proseslərinin avtomatlaşdırılması və digər məsələlərlə bağlıdır. Artıq "PAŞA Bank Gürcüstan" pərakədə bankçılıq deyil, korporativ bankçılıq xidmətləri göstərir.
Murad Süleymanov bildirib ki, bununla əlaqədar olaraq "PAŞA Bank Gürcüstan"ın işçilərinin sayı azaldılıb, törəmə qurumun gəlirli işləməsi təmin olunub.