"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 1,426 milyon lari (784 min manat) zərərlə başa vurub.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 dəfə azdır.
Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 17,731 milyon lari (9,752 milyon manat, illik müqayisədə 7,8% az), əməliyyat xərcləri 20,729 milyon lari (11,401 milyon manat, 11,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,51 milyon lari (831 min manat, 1 il əvvəl ehtiyat yaradıb), gözlənilməz gəlirləri isə 63 min lari (35 min manat, 55,85% çox) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 413,542 milyon lari (227,448 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 14,7% azdır. Bunun 269,402 milyon larisi (148,171 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7% kiçilib.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 15,8% azalaraq 338,95 milyon lariyə (186,423 milyon manat), o cümlədən depozit portfeli 25,25% azalaraq 182,761 lariyə (100,519 milyon manat), balans kapitalı isə 9,6% azalaraq 74,591 milyon lariyə (41,025 milyon manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (56,65 milyon manat) qalıb.
1 lari = 0,55 manat