Hazırda davam edən iki layihə yekunlaşmaq üzrədir. Bank qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün menecmenti gücləndirir.
FED.az xəbər verir ki, “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində Muğanbank və AYİB arasında imzalanmış texniki dəstəyə dair proqram yekunlaşmaq üzrədir.
Ümimilikdə, 2019-cu ilin ortalarından başlayan, üçmərhələli transformasiyanı özündə birləşdirən layihə “Muğanbank” ASC, AYİB və birgə seçilən xüsusi konsultant komandaların - Business & Finance Consulting (BFC), TA Consult – köməyilə icra olunmuşdur. Layihə çərçivəsində Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində əsaslı işlər həyata keçirilmişdir.
Bundan əlavə ‘Muğanbank” ASC və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq çərçivəsində bankın postpandemiya dövründə dayanıqlı inkişafını təmin edilməsi istiqamətində birgə layihə həyata keçirilmişdir.
Qeyd olunan layihələrin icrası, qarşıya qoyulan hədəflərə nail olmaq və eləcə də rəqabətqabiliyyətliliyi inkişaf etdirmək məqsədilə “Muğanbank” ASC bankın transformasiyasını uğurla davam etdirir. Bu məqsədlə bankın səhmdarları bankın kadr potensialının gücləndirilməsi və eləcə də idarəetmə sisteminin daha da təkmilləşdirilməsi barədə strateji qərarlar qəbul etmişdir. Belə ki, Səhmdarların yığıncağında qəbul edilən qərarlara əsasən “Muğanbank” ASC-nin İdarə Heyəti üzvlərinin sayı yeddidən beşə endirilmiş, İdarə Heyətinin Sədri Elmir Əlimərdan oğlu Həsənov Müşahidə Şurası Sədrinin müşaviri təyin olunmuş, İdarə Heyəti Sədrinin vəzifələrinin icrası isə Elnur Mir Rəhim oğlu Abbasova həvalə olunmuşdur. Bununla da bank yeni müştəriyönümlü biznes modelinə keçid üçün müəyyən olunan struktura uyğun güclü komanda formalaşdırmışdır.
Hər zaman yenilik və inkişafa önəm verən bankımız son optimallaşdırmalar ilə müştərilər, yerli və xarici partnyorlar qarşısında qazandığı inam, etimad və əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyir.
Muğanbank
Adımız tariximizdir...