“Muğanbank" ASC-də yeni müştəriyönümlü biznes modelinə keçid üçün müəyyən olunan struktura uyğun güclü komanda formalaşdırmaq məqsədilə struktur dəyişikliyi baş verib.
FED.az banka istinadən xəbər verir ki, İdarə Heyəti Sədrinin vəzifələrinin icrası Elnur Mir Rəhim oğlu Abbasova həvalə olunub.
Bundan əlavə, İsmayılov Samir Abas Qulu oğlu İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin olunub.
Qasımlı Etibar Qasım oğlu və Əzizov Asif Əlifərman oğlu Baş direktor vəzifəsinə təyin ediliblər.
Həmçinin, Əzizov Asif Əlifərman oğlu İdarə Heyətinin üzvü olmaqla yanaşı, bankın Baş risk inzibatçısı (CRO) səlahiyyətləri ona həvalə edilib.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.