“Muğanbank” ASC gələcək karyerasını kiçik və orta biznes kreditləri üzrə qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.
FED.az xəbər verir ki, təcrübə proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış 25 yaşadək gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Riyazi biliklər;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
- Ünsiyyət və təqdimat bacarığı.
Təcrübə müddəti 3 aydır. Təcrübə müddətini uğurla başa vuran gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.
Təcrübə Bakı filiallarını əhatə edəcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00) və ödənişsizdir. Proqrama qoşulmaq istəyənlər 17.12.2021-ci il tarixinədək CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına göndərər bilərlər.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.