Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna "Muğanbank" ASC də qoşulmuşdur.
Eləcə də bax: “Muğanbank”ın nizamnamə kapitalı 107,5 mln. manatadək artırılır - QƏRAR
Hər zaman əhalinin sosial rifahını düşünən "Muğanbank" ASC Novruz bayramı ərəfəsində yardımları ilə 2-ci Qarabağ müharibəsi qazilərini, şəhid ailələrini və aztəminatlı vətəndaşları sevindirib.
Vətəndaşlar öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avandanlıq və ləvazimatlarla təmin edilmişdir. Bununla da, "Muğanbank" ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.