İyunun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Muğan Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə ilk hərrac keçiriləcək.
Bu bankın əmlakı 86 minə - HƏRRACDA SATILDI
FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət 4 ədəd “Diebold Nixdorf DN 150D” markalı bankomatdan gedir. Əmlaklara ümumilikdə 92 000 manat qiymət qoyulub.